UŞAQLARI - internetdə qoruyan brauzer...

UŞAQLARI internetdə qoruyan brauzer...

"Butterfly" mobil brauzerinə uşaqların internetə təhlükəsiz girişinin təmin olunması funksiyası inteqrasiya olunacaq.

 

Bunu Trend-ə layihənin rəhbəri Şamxal Hüseynli deyib.

 

Onun sözlərinə görə, hazırda həmin funksiyanın proqrama tətbiq olunması üzərində işlər aparılır.

 

Ş.Hüseynli bildirib ki, arzuolunmaz internet kontentinin filtrlənməsi xidməti uşaq və yeniyetmələrin müəyyən saytlara girişini məhdudlaşdıraraq onları arzuolunmaz saytların təsirindən mühafizə edəcək:

 

"Butterfly" brauzerinə "adBlocker" funksiyası da daxil edilib. Bu funksiya reklamların qarşısını alır. Bu brauzerin daha bir üstünlüyü isə onun kiçik həcmidir. 1 meqabaytdan az olan bu brauzer həm "Firefox", həm də "Chrome" ilə müqayisədə daha az yer tutur".
Mobil brauzer "Android" əməliyyat sistemi ilə işləyən qurğularda funksional olacaq. Hazırda brauzerin yüklənmə sayı 50 mindən çoxdur. 

 

eurasiadiary

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

..send-  /.."Butterfly" mobil brauzeri /..Şamxal Hüseynli /.."adBlocker" funksiyası /.."Android" əməliyyat sistemi /..yeniyetmələr /..uşaqlar

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !