- İtkin düşən alpinistlər...

İtkin düşən alpinistlər...

 

Tufandağda itkin düşən alpinistlərin axtarışına qoşulan könüllülər


"İtkin düşən gənclərin axtarışı davam edir, müstəqil alpinistlər də, Xınalıq kəndinin sakinləri də axtarışa qoşulub", bunu "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov BBC Azərbaycancaya deyib.

 

Onun sözlərinə görə, havadan axtarış Qusar, Qəbələ istiqamətlərinə qədər əhatə eləyir.

 

"Helikopterlərlə də böyük bir ərazidə axtarış aparılır".

 

Nə baş verib?


Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

 

Bazar ertəsindən əlaqənin kəsildiyi alpinistlərin axtarışı hələ ki, müsbət nəticə verməyib.

 

Hazırda axtarışa əlavə qüvvələr, o cümlədən, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi cəlb olunub, FHN bildirib.

 

Fövqəladə Hallar Nazirliyi, axtarışın mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını və hava şəraitini nəzərə alaraq, axtarışa hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli hesab edib.

 


 

FHN axtarışlarla bağlı fotolar yayıb

 


 

FHN bildirib ki, axtarışlar hələ də davam edir

 


 

FHN-nin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub

 


"Təcrübəli alpinistlərdir"

 

Ziya Qasımov əlavə edir ki, gənclər təcrübəli alpinistlərdir:

 

"Qar uçqunları ola biləcək yerlərə də baxırıq, hərçənd, onlar qış alpinizmini bilənlərdir. Qış marşrutları ilə dağa qalxanlar harda qar uçqunu ola bilər, bundan xəbərdardırlar. Güman etmirəm ki, uşaqlar belə bir səhvə yol verib qar uçqunun altına getsinlər".

 

Ziya Qasımov sürüşmə ehtimalını istisna edir:

 

"Onların ayaqlarında dişli, xüsusi ayaqqabı olub, buz baltaları, digər lazimi avadanlıqlar olub. Amma bununla belə buz çatlaqları da yoxlanır".

 

Klub rəhbəri deyir ki, gənclərlə əlaqə dekabrın 24-ü saat 5-dən sonra kəsilib.

 

10 könüllü axtarışa qoşulub


Tufandağda itkin düşən alpinistlərin axtarışına könüllülər də qoşulub. Xəbəri "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi yayıb.

 

Təşkilat bildirir ki, çağrışa 150-dən artıq şəxs cavab verərək gənclərin axtarışına qoşula biləcəyini deyib, ancaq onlardan 10 uyğun şəxs seçilib.

 

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyası həftənin çərşənbə günü sosial şəbəkələrdə müraciət edərək hazırlıqlı gəncləri köməyə çağırmışdı.

 

"Seçilmiş şəxslərin ilk qrupu bütün lazımi avadanlıqla təmin olunub və axtarış aparılan zonaya yola salınıb. İkinci qrupun da yola salınması üçün hazırlıqlar davam edir. Bütün bu fəaliyyətlər aidiyyatı dövlət orqanları ilə koordinasiya olunur", açıqlamada deyilir.

 

Amma artıq axtarışa qoşulmaq istəyən könüllülərin müraciətləri qəbul olunmayacaq, təşkilatlar bildirib.

 

Klub əlavə edir ki, könüllülərin işini alpinistləri axtaran dövlət qurumları koordinasiya edəcək.

 


 

İtkin düşən alpinistlərdən hələ ki, xəbər yoxdur

 


FHN təcrübəsi olmayanların axtarışa qoşulmasını təhlükəli sayır
Fövqəladə Hallar Nazirliyi Tufandağda itkin düşənlərin axtarışına hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli sayır.

 

Qurumun yaratdığı Əməliyyat Qərargahı yaydığı məlumatda bildirir ki, itkin düşən gənclərin axtarışı mürəkkəb relyefi olan yüksək dağ massivində aparılır.

 

"Eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edirik ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir".

 

Çərşənbə günü sosial şəbəkələrdə alpinistlərin axtarışı üçün könüllü dəstələrin yaradılması üçün müraciətlər yayılıb.

 

Bazar ertəsindən əlaqənin kəsildiyi alpinistlərin axtarışı hələ ki, müsbət nəticə verməyib.

 

Hazırda axtarışa əlavə qüvvələr, o cümlədən, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi cəlb olunub, FHN bildirib.

 

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

 

Tufandağda itkin düşənlərdən biri, Babur Hüseynov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır. 

 

BBC AZƏRBAYCANCA

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !