Brillianta görə kinoteatrda ajiotaj yaşandı - (+FOTO)

Brillianta görə kinoteatrda ajiotaj yaşandı (+FOTO)

Park Cinemaya Addimla yeni il seansı
“Park Cinema” kinoteatrlar şəbəkəsi və “Addım” Gənclər Təşkilatı artıq 3 il davam edən “Cinemaya Addımla” layihəsi çərçivəsində növbəti ulduzlu seansı baş tutub. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən “Park Cinemaya Addımla” layihəsinin yeni il nümayişində qonaq xalq artisti Brilliant Dadaşova olub.


AZpress.AZ xəbər verir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Alen Şabanın “Santa və kompaniya" filminə baxıblar. Nümayişdə media nümayəndələri, “Addım” Gənclər Təşkilatının üzvləri və B. Dadaşovanın fan klubunun fəal üzvləri iştirak ediblər. Tədbrinin əvvəlində sənətçi ilə sevənlərinin foto çəkdirmə növbəsində ajiotaji səbəbindən filmin nümayişi hətta 30 dəqiqə gecikib.

 

Tədbirin əvvəlində “Addım” Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan xalq artistinin layihədə iştirakını alqışlayıb. Daha sonra xüsusi təntənə ilə səhnəyə dəvət olunan Brilliant Dadaşova qonaqlarla qonaqları salamlayb və jurnalistlərin suallarını cavablandırıb. O, layihəyə görə təşkilatçılara təşəkkür edib.

 

Qeyd edək ki, filmdə Serj de Puk, Allen Goldman, Odre Tatu, Nadya Xamlişi və başqa məhşurlar rol alıblar.

 

Film elflərini sağaltmaq üçün bir müddət siravi insanlarla birgə yaşamalı olan Santa Klausun macəralarından bəhs olunur.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !