ADGTT BDU-nun qonağı olacaq... - (+FOTO)

ADGTT BDU-nun qonağı olacaq... (+FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq.
Teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün dekabrın 30-da saat 11:00, 13:00 və 15:00-da “Qoğalın yeni il sərgüzəştləri” adlı nağıl tamaşasını ölkənin ən qabaqcıl ali təhsil ocağının böyük salonunda nümayiş etdirəcəkdir.
Tamaşanın səhnə redaksiyasının müəllifi Pərvin, quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Əsas obrazları teatrın istedadlı aktyorları Anar Seyfullayev, Ramil Məmmədov, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Elşən Şıxəliyev və başqaları ifa edəcəklər.
Yeni ilin əsas qəhrəmanları olan Şaxta baba və Qar qızın da qatılacağı maraqlı şou-tamaşanın müddəti 1 saat 10 dəqiqə davam edəcəkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !