Lənkəran teatrında yeni tamaşanın premyerası olub - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrında yeni tamaşanın premyerası olub + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Dekabrın 26-da Lənkəran Dövlət Dram Teatrında görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyası əsasında hazırlanmış tamaşanın premyerası olub. Maarif və məktəb məsələlərindən, həmin məsələlərə yuxarıların və aşağıların münasibətindən bəhs olunan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Oruc Qurbanov, musiqi tərtibatçısı İzzət Qurbanovdur. Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev (Naçalnik), Əməkdar artist Sucəddin Mirzəyev (Pristav), artistlər Allahverən Babayev (Qazı), Əlibala Əsgərov (Məşədi Ağakişi), Şarud Mehdiyeva (Şaban nənə), Miraslan Ağayev (Hümmətəli), Sayad Əliyev (Müəllim), Hikmət Cəfərov (Kərbəlayi Mirzalı), Emin Fərzullayev (1-ci şagird), Rauf Zeynalov (2-ci şagird), Nizami Qurbanov (Yüzbaşı) və digərləri ifa ediblər.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )