Lənkəran rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. - (+FOTO)

Lənkəran rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. (+FOTO)

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Lənkəran rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 15 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə rayonun Xolmili kəndində keçirilən açılış mərasimində “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu bildirib. Qeyd olunub ki, Xanbulançay sutəmizləyici qurğusunun və magistral su xətlərinin çəkilməsi şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov Prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda həyata keçirilən iqtisadi və sosial layihələrin əhəmiyyətindən danışıb, bu tədbirlərin Azərbaycan vətəndaşının firavan həyatının təmin olunmasına xidmət etdiyini bildirib.
Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhərində icra olunmuş içməli su layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, kəndlərdə də belə layihələrin həyata keçirilməsi ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
Tədbirdə çıxış edən sakinlər ciddi əziyyət çəkdikləri su probleminin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Lənkəran rayonunda icra olunan layihələr 15 yaşayış məntəqəsini – Gərmətük qəsəbəsi, Kosalar, Xolmili, Şürük, Türkəkəran, Bala Şürük, Seydəkəran, Yuxarı Nüvədi, Şıxəkəran, Moğonojoba, Tütəpeştə, Darquba, Lüvəsər, Kərgəlan kəndlərini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Xanbulançay sutəmizləyici qurğusu seçilib. Bu məqsədlə Xanbulançay-Lənkəran magistral su kəmərindən kəndlərə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla 35 km olan su xətləri çəkilib, ümumi istifadə üçün 131 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Lənkəran rayonunun 15 kəndinin 28 minədək sakini faydalanıb.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !