Qış Tətili filminin təqdimatı keçirildi. - (+FOTO)

Qış Tətili filminin təqdimatı keçirildi. (+FOTO)

Nizami Kino Mərkəzində “Qış tətili” uşaq macəra filminin qala gecəsi keçirilib. Film “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə çəkilib. Filmin çəkilişləri Bakıda, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda və Xaçmaz rayonunun Nabran qəsəbəsində aparılıb. “Qış tətili” filminin baş qəhrəmanları əsasən 8-12 yaşlı uşaq və yeniyetmələrdir. Qala gecəsində çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov uşaq macəra filminin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib, yeni ekran əsərinin balacalar tərəfindən maraqla qarşılanacağına əminliklərini bildiriblər. Sonra “Qış tətili” uşaq macəra filmi nümayiş etdirilib. Qeyd edək ki, filmi “MY Production”ın rəhbəri, rejissor Teymur Nəcəfov ekranlaşdırıb. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !