AranFilm Yaradıcılıq Mərkəzində istehsal olunmuş Həqiqət sorağında tammetrajlı sənədli filmin təqdimatı keçiriləcəkdir. -

“AranFilm” Yaradıcılıq Mərkəzində istehsal olunmuş “Həqiqət sorağında” tammetrajlı sənədli filmin təqdimatı keçiriləcəkdir.

Dekabrın 23-də saat 16:00-da Azərbaycan Milli Konservatoriyasında ARB “AranFilm” Yaradıcılıq Mərkəzində istehsal olunmuş “Həqiqət sorağında” tammetrajlı sənədli filmin təqdimatı keçiriləcəkdir. Film görkəmli bəstəkar, Azərbaycan musiqi xəzinəsinə böyük töhfələr vermiş əməkdar incəsənət xadimi Rauf Əliyevin xatirəsinə həsr olunmuşdur. Şuşada doğulmuş Rauf Əliyevin həyat yolu və yaradıcılığı həm musiqi, həm də kino sənəti ilə sıx bağlı olmuşdur. O, vokal və simfonik əsərlərlə yanaşı, “Həmyerli”, “Qara Volqa”, “Sərhəd”, “Qaladan tapılan mücrü”, “Biz qayıdacağıq”, “Dünən qəfildən gəldi...”, “Küçələrə su səpmişəm”, “Çölçü”, “Ölüm növbəsi” və bir çox başqa filmlərə musiqi bəstələmişdir. Bəstəkarın xatirəsinə həsr olunmuş “Həqiqət sorağında” filminin ssenari müəllifi və rejissoru uzun illər bəstəkarla birgə işləmiş Mübariz Nağıyev, layihənin bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Filmdə Xalq Artistləri Xəyyam Mirzəzadə, Rauf Abdullayev, Siyavuş Kərimi və başqa musiqi və kino xadimləri, həmçinin Ukrayna, Qazaxıstan bəstəkarları və başqaları onun haqqında xatirələrini bölüşüblər. Təqdimat zamanı bəstəkarın oğlu, rəssam Müşfiq Əliyevin tabloları, onun atasına, Şuşaya həsr olunmuş rəsm əsərlərinə də baxış keçiriləcək. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !