Ölümündən sonra məhkəmə adlı film -

“Ölümündən sonra məhkəmə” adlı film

ARB Aran Film Yaradıcılıq Mərkəzi tərəfindən istehsal olunan “Ölümündən sonra məhkəmə” adlanan film Azərbaycan cazının əfsanəsi, istedadlı saksafon, klarnet ifaçısı Pərviz Rüstəmbəyovun nakam taleyindən, günahsız yerə həbsi və ölümündən bəhs edir. Bədii sənədli filmdə, arxiv materiallarından, Pərvizin cinayət işindən istifadə olunub.

 

Film Azad Şərifovun qəhrəman haqqında yazdığı məqalənin motivləri əsasında hazırlanıb. Filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədovadır. Operatorlar Rafiq Əliyev və Habil Məmişov, redaktor Orxan Fikrətoğlu, montaj Pərviz Səlimov,icraçı prodüser Nicat Məmmədov, bədii rəhbər Tahir Tahiroviç, filmin baş prodüseri isə İqbal Məmmədəliyevdir.

 

Filmdə Zemfira Əbdülsəmədova, Azər Aydəmir, Səfa Mehdi, Əjdər Zeynalov, Faiq Mirzəyev çəkiliblər.

 

 

Filmin təqdimatı 22 dekabr saat 15:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində planlaşdırılıb. H. Əliyev pr -67 (Günəş şadlıq sarayının və Bağırov körpüsünün yanında)

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !