İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ağcabədi rayonuna səfər edib. - + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ağcabədi rayonuna səfər edib. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

19 dekabr 2017-ci il tarixdə İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ağcabədi rayonuna səfər edib. Səfər ərzində səfiri ,səfirliyin İqtisadi və Ticarət Əlaqələri departamentinin rəhbəri Kəmalə Ramazanova müşayiət edib. Ağcabədi rayonu ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Dan Stav Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovla görüşüb. Görüşdə Şahin Məmmədov qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirlərdən, turizm potensialı və son illərdə görülmüş tikinti-quruculuq işlərindən söz açıb. Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini vurğulayıb, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Ağcabədinin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını diqqətə çatdırıb. Görüş zamanı səfir Dan Stava rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr, rayon haqqında yazılmış kitablar hədiyyə edilib. Daha sonra qonaq ”Atena” süd emalı zavodu,”Aqat Aqro “ MMC heyvandarlıq kompleksi,5200 başlıq damazlıq cins keçi təsərrüfatı, Bayraq Muzeyi,Heydər Parkı,Tarix –Diyarşünaslıq Muzeyi,Heydər Əliyev Mərkəzi,Gənclər Mərkəzi,Şahmat Məktəbi,Qarabağ Muğam Mərkəzi ilə yaxından tanış olub.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !