Yeni ili ADGTT ilə qarşılayaq ... - (+FOTO)

Yeni ili ADGTT ilə qarşılayaq ... (+FOTO)

Yeni il ərəfəsndə bütün uşaqlar maraqlı və əyləncəli tamaşa, şou, nağıl dünyasının qəhrəmanları ilə görüş arzusunda olurlar. Balacalara öz nağıl dünyalarını bəxş etmək üçün ADGTT–nın yaradıcı kollektivi hər zaman axtarışdadır və azyaşlı dostlarına unudulmaz Yeni il əyləncəsi yaşatmaq üçün bu dəfə də onlara çox maraqlı və əyləncəli tamaşa hazırlayıb. Yeni ilin ilk günlərində nəinki uşaqların hətta böyüklərin də sevimli qəhrəmanı olan “Hörümçək adam“ teatrın səhnəsində uşaqlarla görüşə gələcək. Bu sadə görüş olmayacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq. Məktəblilərin qış tətili günlərində teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşasını tam fərqli formatda təqdim edir. Yeni il tamaşası rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın yeni il tətilinə əvəzolunmaz hədiyyə olmaqla yanaşı, sürprizlərlə zəngin əyləncəli bayram proqramı kiçik yaşlı tamaşaçılarımızda böyük maraq yaradacaq. Yeni ilin ilk günlərində tamaşaçılar bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Bundan başqa hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qızdan maraqlı yeni il hədiyyəsi, bol əyləncəli oyunlar da gözləyir.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.
Tamaşanın premyerası bu ilin dekabr ayının 28-də saat 12:00, 14:00, 16:00- da baş tutacaqdır. Yeni il proqramı 28 dekabr - 7 yanvar tarixlərinədək davam edəcək.
Yeni tamaşaya biletləri mərkəzləşdirilmiş kassalardan, Asan xidmət mərkəzlərindən və filiallarından (www.ticket.az online sifariş etmə yolu ilə) əldə edə bilərsiniz.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !