Layihə: - Şəhid Vətən Üçün Həmişə Yaşar

Layihə: “Şəhid Vətən Üçün Həmişə Yaşar”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Şəhid Vətən Üçün Həmişə Yaşar” layihəsinin 16 dekabr 2017 il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində açılış mərasimi və birinci təlimi həyata keçirilib.
Layihənin əsas məqsədi Gəncə şəhəri və qerb regionlarında , Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması üçün dəstək olmaqdır.
Tədbiri layihə rəhbəri Xanım Əmiraslanova qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş , daha sonra isə layihənin məqsədi ve layihe çerçivesinde keçiriləcək təlim ve tədbirlər haqqında qısa məlumat vermişdir. Təlimi “Şəhid Vətən Üçün Həmişə Yaşar” layihəsinin trəhbəri Xanım Əmiraslanova və Region Qadınların İnkişafına və Maariflənməsinə Dəstək İctimai Birliyi rəhbəri Xəzanə xanım Orucavaidarə etmişlər. Təlimdə Samux Heydər Əliyev Mərkəzinin direktoru Aygün xanım Həsənzadə, Samux rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Rasim bəy İmamquliyev, Samux rayon Həsən bəy Zərdabi adına Çobanabdallı kənd orta məktəbinin musiqi müəlliməsiAygün xanım Əmiraslanova qonaq qismində iştirak edərək öz çıxışlarında layihənin gedişatına uğurlar arzu ediblər, daha sonra layihənin rəhbəri Xanım Əmiraslanova təlimə start vermişdir. Təlim çərçivəsində Azərbaycanın tarixi,milli qəhrəmanları və şəhidləri haqqında mövzulara toxunulmuşdur. Təlim diskussiya şəklində aparıldığı üçün, bir çox iştirakçılar aktiv çıxış edərək öz fikirlərini bildirmişdilər. Sonda qonaqlar və iştirakçılar çay fasiləsində müzakirələrini davam etdirdirdilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !