Hemofiliyalı xəstələrlə bağlı konfrans keçirilib - +FOTO ( AZpressAZ - Rüstəm İsmayılov )

Hemofiliyalı xəstələrlə bağlı konfrans keçirilib +FOTO ( AZpressAZ - Rüstəm İsmayılov )

15 dekabr 2017 il Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 il ərzində gördüyü işlər haqqında Hesabat Konfransı təşkil edib.

 

AZpress.AZ xəbər verir ki, yığıncaqda Hökumət Təşkilatları, Insan Hüquqları üzrə Müvəkkil Ombudsman, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, Assosiasiyanın üzvləri və KİV nümayəndələri iştirak ediblər. Konfransı Salamlama ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Vüqar Tarverdiyev açmışdır. Azərbaycanda Hemofiliyanın tarixi haqqında Gülnarə Hüseynova çıxış etmişdir. Daha sonra İTV jurnalisti Vəsilə Vahid qızının təqdimatı ilə “Faktor” filmi nümayiş etdirilib.

 

Filmdən sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov “Azərbaycanda hemofiliya dünən, bu gün, sabah ” adlı hesabat xarakterli təşkilatın fəaliyyəti haqqında məruzə etdi. Hesabatda aşağıdakı fəaliyyətlər göstərildi:- Hemofiliyalı xəstələrin maraqlarını müdafiə etmək üçün 20 il ərzində dəfələrlə Səhiyyə Nazirliyi ilə müraciətlər olub və görüşlər keçirilib. Müraciətlərdə regionları dərman preparatları ilə təminatı, kadrların təkmilləşdirilməsinə dair, xaricdən mutəxəssilərin dəvəti ilə bağlı, Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılması haqqında məsələlər göstərilib.

 

Əlilliyin profilaktikasına dair Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran, Mingəçevirdə hemofiliya haqqında məlumatları toplanmasi üçün informasiya mərkəzləri yaradılıb. Azərbaycanın 44 rayon və şəhərlərində və Naxçıvan MR da Hemofiliya problemlərinə dair rayon mərkəzi xəstəxanalarda çox profilli tibb işçiləri üçün seminarlar keçirilib. Xarici ölkələrə səfərlər edilib, Konfrans və Konqresslərdə iştirak olunub, çox saylı düşərgələr, Hemofiliya Məktəbi təşkil edilib. Xarici dövlətlərdə fəaliyyət göstərən vətəndaşlarla təcrübə mübadiləsi aparılıb.Avropa Hemofiliya konsorsium və Dunya Hemofiliya Federasiyasının Konfrans və Konqreslərində Azərbaycan layiqincə təmsil edilib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !