ADGTT – həftəsonu nələr vəd edir? - (+FOTO)

ADGTT – həftəsonu nələr vəd edir? (+FOTO)

Hər zaman ənənəsinə sadiq qalan Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı həftə ortasından başlayaraq – dekabrın 21-də saat 1900-da T.Vəliyevanın “Cəza” (kiçik səhnədə), 23 dekabrda saat 1200 – 1400-da R.Hovard “Qrinç”, axşam saat 1900-da Ə.Əmirli və V.Şuqrayevanın “Qohumlar” tamaşalarını nümayiş etdirəcəkdir.
Dekabrın 24-ü bazar günü isə teatr gündüz saat 1000, 1200 və 1400-da H.X.Andersonun “Çirkin ördək balası”, axşam saat 1900-da isə M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasını təqdim edəcəkdir.
Tamaşalarda əsas obrazları teatrın istedadlı aktyorları Əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, Şəfəq Əliyeva, Almaz Mustafayeva, Elşən Rüstəmov, Şövqü Hüseynov, Gülər Nəbiyeva, aktyorlar, Ramil Məmmədov, Müşfiq Əliyev, Kərəm Hadızadə, Elnur Hüseynov, Elnur Kərimov, Anar Seyfullayev, Günel Məmmədova, Xəyalə Mərdanova, Nuranə Hüseynova və b. ifa edəcəklər.
İstirahət günləri övladının və özünün zamanını səmərəli keçirmək istəyənlərin diqqətinə çatdırırıq ki, tamaşalara biletləri 6-8 manat olmaqla bütün konsert-tamaşa müəssisələrində fəaliyyət göstərən mərkəzləşdirilmiş kassalardan və Asan xidmət filiallarından (www.ticket.az online sifariş etmə yolu ilə) da əldə etmək mümkündür.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !