Gəncə şəhərində Mühasibatlıq üzrə I Olimpiadanın qalibləri müəyyənləşdi. - (+FOTO)

Gəncə şəhərində Mühasibatlıq üzrə I Olimpiadanın qalibləri müəyyənləşdi. (+FOTO)

14 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Gəncə şəhərində Mühasibatlıq üzrə 1-ci Olimpiada keçirilmiş və qaliblərinin mükafatlandırılması təşkil edilmişdir. Məlumat üçün bildirək ki, Olimpiada 11 və 13 dekabr 2017-ci il tarixlərində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində keçirilən görüşlər əsasında seçilmiş 60 tələbə arasında keçirilmişdir. Olimpiadanın keçirilməsində məqsəd gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək olmuşdur. Tədbirdə “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva, Maliyyə Elm-Tədris Mərkəzinin Təşkili və Metodikası şöbəsinin müdiri İbrahim İbrahimov və nümayəndələri Xudakərim Aslanov, Vüqar Hüseynli, Sinam şirkətinin ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov , Azərbaycan Texnologiya Universitetinin Elm və Texnika üzrə prorektoru Səbuhi Yusifov, Tədris şöbəsinin müdiri Sadiq Əfəndiyev, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Pərvin Muxtarova və Gəncə Dövlət Universitetinin əməkdaşları çıxış edərək bildirmişdilər ki, olimpiada tam şəffaf və obyektiv keçirilmişdir. Beləliklə nəticələrə əsasən 1-ci yerə Zülfiqarlı Nemət (Azərbaycan Dövlət Aqrar Universiteti) , 2-ci yerə Mehdiyev Sabir (Azərbaycan Dövlət Aqrar Universiteti), 3-cü yerə Əsgərov Sərxan və Göyüşov Vahid (Azərbaycan Dövlət Aqrar Universiteti) layiq görülərək diplom və hədiyyələr əldə etmişlər. Digər iştirakçılara sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !