"Akademik Həsən Əliyevi tanıyaq" mövzusunda təqdimat müasbiqəsi keçirilib - (+FOTO)

"Akademik Həsən Əliyevi tanıyaq" mövzusunda təqdimat müasbiqəsi keçirilib (+FOTO)

Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi ilə əlaqədar 15 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində Gəncə şəhərinin orta məktəb şagirdləri arasında "Akademik Həsən Əliyevi tanıyaq" mövzusunda təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə 80 şagird iştirak edib.Müsabiqədə şagirdlərin təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri Fəridə Qurbanova 1-ci yerə və Ayşən Əhədova 3-cü yerə, 27 nömrəli tam orta məktəbin şagirdi Sadiq Səfərov 2-ci yerə layiq görülüblər.

 

Müsabiqədə ilk yerləri tutan şagirdlərə diplom və hədiyyələrlə yanaşı “Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı kitab, digər iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirin sonunda Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, 5 nömrəli tam orta məktəbin direktoru Bəhram İmranov, 27 nömrəli lisey-məktəbin direktoru Kəmalə İsgəndərova və digər əməkdaşlar çıxış edərək təşkil olunan müsabiqənin əhəmiyyətindən, şagirdlər arasında akademik Həsən Əliyevin irsinin təbliğində rolundan danışıblar, həmçinin tədbirin təşkilinə görə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova təşəkkürlərini bildiriblər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !