ADGTT-da Monotamaşalar paradı . -

ADGTT-da “Monotamaşalar paradı”.

Maraqlı layihələrlə tamaşaçıların görüşünə gələn ADGTT bu dəfə də yeni , “Monotamaşalar paradı” adlı teatr bayramı ilə sənətsevərləri sevindirəcək. Yanvar ayının 9-dan 16-na kimi teatrın “Kiçik səhnə”sində sənət ocağının sevilən aktyorları öz tamaşaçılarının görüşünə gələcək. “Kiçik səhnə” də janr, mövzu baxımından bir-birindən maraqlı tamaşalarla aktyorlar öz məharətlərini göstərəcəklər. Layihə çərçivəsində aktyorlar dialoq üslubundan kənar monoloq janrında öz aktyorluq bacarıqlarını ortaya qoyacaqlar.
Qeyd etdiyimiz monotamaşaların bir neçəsi artıq dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edib, mükafatlara layiq görülmüşdür.
Belə ki, teatr yanvarın 9-u Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin”, yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam”, yanvarın 11-də Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ Dəlinin qeydləri”, yanvarın 12-də Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza”, yanvarın 16-da Küşvər Şərifovanın ifasında R. Ağayevin “Sonluğun sonu”, yanvarın 17-də Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” və yanvarın 18-də Əməkdar artist Şövqi Hüseynovun ifasında P. Züskindin “Kontrabas” tamaşası ilə sevilən aktyorları öz tamaşaçıları ilə görüşdürəcək. Tamaşalar saat 19:00-da nümayiş olunacaq.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !