Xorvatiyanın Zaqreb şəhərində Əli və Nino filminin nümayişi keçirilib. - (+FOTO)

Xorvatiyanın Zaqreb şəhərində “Əli və Nino” filminin nümayişi keçirilib. (+FOTO)

13 dekabr 2017-ci il tarixində Xorvatiyanın Zaqreb şəhərində ölkəmizin Xorvatiyadakı Səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Xorvatiya Respublikadakı səfiri Fəxrəddin Qurbanov sevgi hekayəsindən bəhs edən bu möhtəşəm filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın işini yüksək qiymətləndirmiş və bugünki hadisənin Azərbaycanla Xorvatiya arasında mədəni münasibətlərininin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etmişdir.

 

Filmin süjet xəttindən bəhs edən səfir F.Qurbanov, coğrafi baxımından Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiya və mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolunu oynadığını qeyd etmiş, əsrlər boyu bu coğrafiyada müxtəlif etnik və mədəni qrupların sülh və əminamanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırmışdır.

 

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə etmiş, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulamışdır.

 

Filmin nümyişi ilə yanaşı, tədbir iştirakçılarına „Əli və Nino“ əsərinin xorvat dilində dərc olunmuş nüsxəsi təqdim edilmişdir.

 

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !