ADGTT Rusiya mətbuatında. -

ADGTT Rusiya mətbuatında.

Xəbər verdiyimiz kimi ADGTT-nın aktyoru, Əməkdar artist Şövqi Hüseynov 2017-ci il oktyabr ayının 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr festivalında uğurla çıxış edərək “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülmüşdü. Festivalda ölkəmizi Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edən aktyorunuzn oyunu haqqında Rusiya mətbuatında bir neçə məqalə dərc edilmişdir.

“Peterburq teatr jurnalı” nda Vladislav Kuprinin “ Hədsiz peşəkarlıq bayramı” adlı məqaləsində aktyorun nitqi, səhnə plastikası, artistizmi, mətnlə işləmək bacarığı yüksək qiymətləndirlib. Şövqi Hüseynovun öz yaratdığı obrazın öhdəsindən məharətlə gəldiyi, oyunu ilə tamaşaçı qəlbinə yol tapdığı xüsusi vurğulanır. Diqqətə çatdırılır ki, tamaşada hər bir yaradıcı insanın keçdiyi əzablı yolu aktyor səhnədən adi insanlara səmimi hisslərlər ötürə bilir. Məqalədə tamaşanın özəllikləri haqqında da fikirlər səslənir. Vurğulanır ki, aktyorun monotamaşadakı dialoqu heyrətedici və parlaq çıxış kimi yadda qaldı. O, möhtəşəm enerjisi ilə zalı ələ ala bildi. Tamaşanın düşündürücü, müasir dövrün tələbləri ilə səslənməsi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bu mövzuda əsərlərə müraciət etməsi yüksək dəyərləndirilib.
Məqalələrlə daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz :
http://ptj.spb.ru/blog/ochen-professionalnyj-prazdnik/

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !