Lənkəran Dövlət Dram Teatrının truppası İrandan qayıdıb - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Dram Teatrının truppası İrandan qayıdıb + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qayıdıb. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, yaradıcı kollektiv qonşu ölkənin Həmədan şəhərində dekabrın 1-dən 6-a kimi keçirilən 24-cü ənənəvi Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri ilə öz məharətini nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa ediblər.
Festivalın bağlanış mərasimində Lənkəran teatrının truppası münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Ağaddin BABAYEV, Lənkəran
 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )