"Nar bağı" filminin yaradıcı heyəti ADMİU tələbələri ilə görüşüb. - +FOTO

"Nar bağı" filminin yaradıcı heyəti ADMİU tələbələri ilə görüşüb. +FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor İlqar Nəcəfin "Nar bağı" filmi nümayiş olunub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ekran əsərinin nümayişindən sonra yaradıcı heyət tələbələr ilə görüşüb.
Tədbirdə Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə Teatrşünaslıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə və Əməkdar incəsənət xadimi, dosent Əli Əmirli film haqqında fikirlərini bölüşüb, onu yüksək qiymətləndiriblər. Daha sonra filmin rejissoru İlqar Nəcəf və ssenari müəllifi Asif Rüstəmov tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
Qeyd edək ki, film bir çox beynəlxalq müsabiqələrdə iştirak edir. XIII Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb. Həmçinin Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub. Filmin dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film Anton Çexovun məhşur “Albalı bağı” pyesinin motivləri əsasında 2017-ci ildə ərsəyə gəlib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !