Əhli-beyt sevənlərin yurdu Azərbaycan sənədli filmi təqdim olunub -

“Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmi təqdim olunub

Bakıda “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilib. Musavat.com-a verilən məlumata görə, film Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünə dəstək olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gəlib.

 

Təqdimat mərasimində çıxış edən DQİDK şöbə müdiri Əliheydər Zülfüqarov, filmin eksperti, QMİ fətva şöbəsi müdiri, BDU ilahiyyat dosenti Aqil Şirinov, filmin ssenari müəəlifi, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, filmin sifarisçisi olan İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmi və filmin məqsədləri haqda iştirakçılara geniş məlumat verib. Daha sonra film nümayiş olunub.

 

Sənədli filmin əsas mövzusu Azərbaycan xalqının öz milli-dini ənənələrinə bağlılığı, İslam irsinə göstərdiyi önəm, Azərbaycanda əsrlər ərzində formalaşmış və indi də davam edən məzhəblərarası tolerantlıq mühitinin formalaşmasında peyğəmbər ailəsi və əhli-beytinə Azərbaycan xalqının, məzhəbindən asılı olmayaraq, bütün təbəqələri tərəfindən tarixən göstərilən hörmət, Azərbaycan ədəbiyyatı, ənənələri, deyimlərində olan İslam irsi izləri, müasir Azərbaycan dövlətinin dini irsimizin qorunub saxlanmasına ayırdığı diqqət və qayğının əyani təsviri olmuşdur. Xalq artisti Nurəddin Mehdixanlının səsləndirdiyi 33 dəqiqəlik filmdə çıxış edən ilahiyyatçı və ekspertlər, tarix boyu ölkədə Əhli Beyt irsinə olan sevgi və hörmətdən, eyni zamanda bununla bağlı formalaşan ənənələrdən və həmin irsə hörmət olaraq inşa edilən tarixi abidələrdən bəhs ediblər.

 

Filmin rejissoru Kamran Səfərəlizadə, ssenari müəllifi Natiq Rəhimov, direktoru Elçin Əsgərovdur.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !