Türkiyənən məşhur aktyoru Tamer Karadağlı Musiqili Teatrda. -

Türkiyənən məşhur aktyoru Tamer Karadağlı Musiqili Teatrda.

Bu günlərdə Bakıya qonaq gələn Türkiyənin məşhur aktyoru, əslən Azərbaycandan olan Tamer Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın Mətbuat xidmətindən bildirilib ki, ölkəmizdə də kifayət qədər populyar olan ünlü sənətçini istedadlı azərbaycanlı aktrisa, İstanbul Bələdiyyəsi Şəhər Teatrları Bədii rəhbərinin müavini Məlahət Abbasova müşaiyət edib. Mötəbər qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müaviniHüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonaqları teatrın inzibati binası ilə tanış edib. O, qonaqlara Musiqili Teatrın tarixi, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şərait haqqında ətraflı məlumat verib. Azərbacan tamaşaçılarının “Cocuklar duymasın” məşhur Türkiyə serialından yaxşı tanıdığı Tamer Karadağlı teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib. T. Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrı kimi çağdaş dünya standartlarına tam cavab verən bir səhnəni görəndən sonra öz heyrətini və məftunluğunu gizlədə bilməyib: “Bu əzəmətli bina, bu möhtəşəm səhnə, bu bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Yəqin ki, buradakı təəssüratlarımı uzun müddət unuda bilməyəcəyəm. Mən bir çox ölkələrdə, bir çox teatrlarda olmuşam. Səmimiyyətimə inanın, heç bir yerdə belə gözəl, möhtəşəm teatr binası görməmişəm. Adam gözlərinə inana bilmir, adama elə gəlir ki, sanki nağıllar aləmindədir”, - deyə məşhur aktyor Tamer Karadağlı heyranlığını ifadə edərək söyləyib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !