Arxeologiya və Etnoqrafiya muzeyi (məlumat-bələdçi) adlı kitabça işıq üzü görüb. -

“Arxeologiya və Etnoqrafiya muzeyi”(məlumat-bələdçi) adlı kitabça işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya muzeyinin məlumat-bələdçi kitabçası işıq üzü görüb.
Yeni nəşrin elmi məsləhətçiləri-bölmənin sədri, akademik İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tərtibçisi isə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevadır.
Muzeyin ekspozisiyasına toplanılan eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci ildə imzaladığı tarixi sərəncam əsasında 2006-2017-ci illərdə bölgənin müхtəlif ərazilərində aparılan tədqiqatlar və arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələridir.
“Arxeologiya və Etnoqrafiya muzeyi” (məlumat-bələdçi) kitabçasının nəşr olunmasında əsas məqsəd bölməyə gələn yerli və xarici qonaqları Naxçıvanın аrxeoloji, tarixi, memarlıq, təbiət və mədəniyyət abidələri barəsində dolğun məlumatlandırmaqdır.
Kitabçanın ilk səhifəsində ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xalqımızın qədim tarixini təbliğ edən muzeylərlə bağlı dəyərli fikirləri verilib.Nəşrdə, həmçinin Arxeologiya və Etnoqrafiya muzeyinin yaradılması haqqında bölmənin Rəyasət Heyətinin 10 iyul 2008-ci il tarixli Sərəncamı əksini tapıb.
3 bölmədən ibarət olan məlumat-bələdçi kitabçasının Arxeologiya adlı ilk bölməsində Neolit, Eneolit, Tunc, Dəmir, Antik və Orta əsrlər dövrünə aid eksponatlar,Etnoqrafiya bölməsində geyim və məişət əşyaları,Muzeyin hədiyyələri başlıqlı bölmədə isə Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin muzeyə bağışladığı bu diyarın 90 illiyi münasibətilə təsis olunmuş medallarhaqqındatəfərrüatlı məlumatlaryer alıb.Qeyd edək ki, kitabçada hər bir arxeoloji mədəniyyətə, tarixi dövrə və elm sahəsinə aid eksponatlarla bağlı ümumi məlumatlar xronoloji ardıcıllığa uyğun olaraq foto şəkillər ilə birgə öz əksini tapıb.
Məlumat üçün onu da qeyd edək ki, yaxın vaxtlarda (məlumat-bələdçi) kitabçasının ingilis və rus dillərində nəşrinin hazırlanması da nəzərdə tutulub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !