ATU-nun kollektivi Hərəyə bir ağac əkək kampaniyasına qoşulub. -

ATU-nun kollektivi “Hərəyə bir ağac əkək” kampaniyasına qoşulub.

Azərbaycan Texnologiya Universitetinin (ATU) kollektivi Gəncədə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunan “Hərəyə bir ağac əkək” kampaniyasında fəal iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan yaşıllaşdırma akisyasında universitet rəhbərliyi və tələbələr birgə iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri ilə birgə iştirak edən ATU kollektivi rektor, professor Akif Süleymanovla birgə xeyli sayda tinglər əkib. Eyni zamanda ərazidə təmizlik-abadlıq işləri aparıb, yaşıllıq sahəsi alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Qeyd edək ki, gələn ilin mart ayına qədər davam edəcək “Hərəyə bir ağac əkək” kampaniyasında 40 min ağac və bəzək bitkisi əkiləcək. Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !