Sədərək Taxıl Məhsulları Emalı Müəssisəsi fəaliyyətə başlayıb -

“Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsi fəaliyyətə başlayıb

Sədərək rayonunda aqrar sahənin inkişafı diqqətdə saxlanılır. Rayonda taxıl əkininə maraq artır, hər il bol məhsul istehsal olunur. Həmçinin Sədərək rayonunda istehsal olunan taxılın qəbulu və emalı üçün də ardıcıl tədbirlər görülür.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də “Sədərək” Taxıl Məhsulları Emalı müəssisəsi əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanıb, müəssisəni işə salaraq istehsal prosesini izləyib.

 

Məlumat verilib ki, gündəlik istehsal gücü 10 ton olan müəssisə emal bölməsindən, 2 anbardan və 3 iş otağından ibarətdir. Müəssisədə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Hazırda burada birinci və ikinci növ un, o cümlədən kəpək istehsal olunur. Emal müəssisəsində 4 nəfər işlə təmin olunub. Müəssisənin xidmətindən Sədərək rayonu ilə yanaşı, Şərur rayonunun yaxın kəndlərinin taxıl istehsalçıları da istifadə edə biləcəklər.

 

Ali Məclisin Sədri “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsinin istifadəyə verilməsi ilə muxtar respublikada gündəlik istehsal gücü 500 ton olan 19 taxıl emalı müəssisəsinin fəaliyyət göstərdiyini və tələbatın tam ödənildiyini bildirib, müəssisənin imkanlarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !