ADU-da Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər mövzusunda dəyirmi masa keçirilib. -

ADU-da “Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər” mövzusunda dəyirmi masa keçirilib.

Noyabrın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrasının müəllimi Şəfəq Mustafayevanın təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər” mövzusunda dəyirmi masa keçirilib.
Öncə çıxış edən Ş.Mustafayevamüzakirə olunan mövzunun tələbələrin maariflənməsində əhəmiyyətindən bəhs edib. Mövzunun bu istiqamətdə seçilməsinin təsadüfi olmadığını qeyd edən Ş.Mustafayevanın sözlərinə görə, tədbir son zamanlar beynəlxalq aləmdə baş verən proseslər zəminində yaranan problemlərin aydınlaşmasına və tələbələr tərəfindən mənimsənilməsinə öz töhfəsini verəcək.
İnteraktiv formada keçirilən dəyirmi masaya qonaq qismində dəvət olunan Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev “Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər” mövzusunda tələbələrin suallarını cavablandırıb. O, ABŞ tarixinə düşmüş 11 sentyabr terror hadisəsi və onun nəticələri, bəzi ölkələrin nüvə siyasətinin beynəlxalq təhlükəsizliyi təhdid etməsi, ayrı-ayrı dövlətlərin miqrantlarla bağlı yeritdiyi siyasətin mahiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.
Bundan başqa, dəyirmi masada müasir dünyada siyasi, iqtisadi, dini, eyni zamanda təbii fəlakətlər fonunda bir çox təhdid növünün mövcud olmasından söz açılıb, narkobiznes, insan alveri, terrorizm, nüvə texnologiyası, millətçilik və separatizm kimi ideyalarsülh və təhlükəsizliyə qarşı çevrilmiş təhdidlər kimi xarakterizə edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !