ADU ilə Rusiyanın bir neçə universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb -

ADU ilə Rusiyanın bir neçə universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb

Noyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) universitet ilə Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı arasında, həmçinin ADU-nun Rusiyaşünaslıq Elmi-tədqiqat laboratoriyası ilə Təhsil Müəssisəsinin Samara filialının Təhsilin inkişafı mərkəzi arasında beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb.
Müqavilələr ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və Təhsil Müəssisəsinin Samara filialının direktoru Qalina Kozlovskaya, həmçinin Rusiyaşünaslıq ETL-nin direktoru Məmməd Əliyev və Təhsilin inkişafı mərkəzinin direktorunun birinci müavini Elçin Həşimov tərəfindən imzalanıb.
Müqavilələr tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi,akademik, elmi və mədəni əlaqələrin qurulması,elmi-araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.
Müqavilələrdə elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulub.
Müqavilələrin imzalanması mərasimindən sonra çıxış edən rektor K.Abdulla universitetdə Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan görüşlərin keçirildiyini söyləyib. Tərəflər arasında imzalanmış müqavilələri təqdirəlayiq hal hesab edən rektor gələcəkdə bir çox layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu bildirib.
Daha sonra çıxış edən rusiyalı qonaqlar bu əməkdaşlığın qurulmasından məmnun olduqlarını və birgə fəaliyyətin faydalı olacağından əminliklərini ifadə ediblər.
Qeyd edək ki, oktyabrın 27-də ADU ilə Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq müqaviləsidə imzalanıb. Növbəti müqavilənin isə Rusiyanın A.S.Puşkin adına Dövlət Rus dili İnstitutu ilə imzalanması nəzərdə tutulub.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !