Ulu Öndərin Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında adlı müraciəti xalqımızı böyük intibaha səsləyir. -

Ulu Öndərin “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciəti xalqımızı böyük intibaha səsləyir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsində“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının təqdimatı keçirilib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsində sərəncamın əhəmiyyətindən bəhs edib.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının məziyyətlərindən danışan alim bildirib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir. Kitabda tariximizin bütün dövrləri təhlil olunur.
Qeyd olunub ki, nəşrdə Azərbaycan tarixinin keçdiyi tarixi yola dərindən nəzər salınır, tarixi proseslərə, hadisələrə obyektiv qiymət verilir, elmi-nəzəri təhlil aparılır. Ümummilli lider Heydər Əliyevin müraciətini Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirən tarixçi alim bildirib ki, həmin müraciət gənc nəsillər üçün mühüm tarixdir və bu tarix gələcək nəsillər tərəfindən daim öyrəniləcək, tədqiq olunacaqdır.
Tədbirdə institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevvə böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov çıxış edərək kitabın bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə etdiyini vurğulayıblar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !