"Region gənclərinin turizmin inkişafına dəstəyi" adlı layihənin təlimlərinə start verilib -

"Region gənclərinin turizmin inkişafına dəstəyi" adlı layihənin təlimlərinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin qalibi olan "Region gənclərinin turizmin inkişafına dəstəyi" adlı layihənin təlimlərinə start verilib. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan təlimi giriş sözü ilə açan layihə rəhbəri Firəngiz Telmanlı layihədə iştirak edən gənclərə turizmin inkişafı üçün şəhərimizdə mövcud olan imkanlardan, sosial-siyasi və iqtisadi təsirindən danışıb.
İlkin təlimdə gənclərə Mingəçevir şəhərində turizmi inkişaf etdirmək üçün lazimi istiqamətlər, eyni zamanda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən saytlar və onların istifadə qaydaları haqqında geniş məlumat verilib. Daha sonra mövzularla bağlı təlim iştirakçıları arasında müzakirələr aparılıb, mövzuları əks etdirən video çarxlar nümayiş olunub, bu da gənclərin böyük marağına səbəb olub.
Layihəni uğurla başa vuran gənclər sonda diplomlarla təltif olunacaqlar.

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !