Cəbhə bölgəsində Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib -

Cəbhə bölgəsində Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib

Cəbhə bölgəsində yerləşən hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə iştirakçılar Milli Qəhrəmanlar Qasım Rzayev, Naiq Yusifov və Çingiz Qurbanovun hərbi hissənin ərazisində yerləşən xatirə abidəsi önünə əklil qoyublar.
Milli Qəhrəman Çingiz Qurbanovun xidmət etdiyi bölmədə davam edən tədbirdə ümummilli liderimiz Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın Milli Qəhrəmanı Ç.Qurbanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib, onun fədakarlığının şəxsi heyət üçün nümunə olduğunu diqqətə çatdırıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Çingiz kimi igidlərin vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.
Mərasim Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Çingiz Qurbanova həsr olunmuş filmin nümayişi ilə davam edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !