Uğurlu sahibkarlar Strateji Yol Xəritəsinin icrasına cəlb edilir. -

Uğurlu sahibkarlar Strateji Yol Xəritəsinin icrasına cəlb edilir.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına ölkə sahibkarları da cəlb edilib. Strateji Yol Xəritəsinin bu istiqamətinin icrasını təmin edən İqtisadiyyat Nazirliyi Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə ölkəmizin uğurlu sahibkarlarının universitet tələbələri ilə görüşlərini təşkil edir. Bu xüsusda, ölkəmizin qabaqcıl İT şirkətlərindən biri olan “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərovun Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşü təşkil edilib. Bu “master-klas” görüşü zamanı natiq öz keçdiyi həyat tarixçəsindən nümunələr gətirərək, uğur hekayələrini tələbələrlə bölüşüb, sahibkarlıq fəaliyyətində uğur əldə etməyin yolları barədə söhbətlər aparıb. Bu görüş UNEC-in aidiyyatı kafedra müdirləri, dekanlar, həmçinin iqtisadiyyat, texnologiya, sənayenin təşkili, ekologiya və digər ixtisaslarda təhsil alan tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !