Musiqili Teatrın Baladadaşının çəkildiyi İran filmi yayıma hazırlaşır. -

Musiqili Teatrın Baladadaşının çəkildiyi İran filmi yayıma hazırlaşır.

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşovun İran İslam Respublikasında çəkildiyi bədii film qarşıdan gələn yeni – 2018-ci ildə tamaşaçılara təqdim olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən verilən məlumata görə, “Sərhəd” (“Arpa çayı – ayrılıq nəğməsi”) adlanan tammmetrajlı bədii filmin üzərində son tamamlanma işləri gedir. İranın “Günəşfilm” Studiyasında istehsal olunan ekran işində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandırır.“Düşünürəm ki, çox maraqlı bir mövzuda çəkilən bu film tamaşaçıların sevgisini qazanacaq. Quruluşçu rejissor və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən biri olan Ali Abdalidir. Ssenari dinamik, gözlənilməz olaylarla zəngindir. Filmdə digər dramatik hadisələrlə yanaşı, mənim oynadığım obrazın həm də sevgi tarixçəsi paralel xətt kimi təqdim olunur. Aydınla Aynaz bir-birlərini dəli kimi sevirlər. Amma sanki bütün dünya bu sevgiyə qarşıdır. Onların nə zamansa qovuşa biləcəkləri xəyal kimi görünür. Amma bu iki gənc sona qədər öz saf məhəbbətləri uğrunda mübarizə aparır. Və sonda... Sonda nə baş verdiyini bilmək üçün filmə baxmaq lazımdı! Yeri gəlmişkən qeyd edim ki, filmdə mənimlə yanaşı, teatrımızın daha bir aktyoru - Elxan İsmayılov əsas rollardan birini - Komandir obrazını canlandırır”, - deyə Əmrah Dadaşov bildirib.
Qeyd edək ki, gənc aktyor Ə. Dadaşov Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun – Baladadaş obrazının ifaçısı kimi tamaşaçılara yaxşı tanışdır.O, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülüb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !