ÜMUMİ TƏHSİLDƏ KEYFİYYƏT İLİ QARŞIDA YENİ VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRİB -

“ÜMUMİ TƏHSİLDƏ KEYFİYYƏT İLİ” QARŞIDA YENİ VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRİB

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan səmərəli sosial iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi inkişaf təmin edilib. Həyata keçirilən institusional islahatlar, irimiqyaslı infrastruktur layihələri Azərbaycanın dünyada nüfuzunu artırıb, onu
regionda lider ölkəyə çevirib və davamlı inkişaf üçün əlverişli şərait yaradıb. Prezident İlham Əliyevin Fərmanı ilə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi  Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli
inkişafını dövlətin iqtisadi siyasətinin prioritet istiqamətinə çevirməklə yanaşı həm də, təhsil sistemi qarşısında mühüm strateji vəzifələr müəyyənləşdirib. Bu baxımdan universitetlərin cəmiyyət və dövlət qarşısında məsuliyyət və öhdəlikləri ölkənin inkişaf səviyyəsinə, dövrün elmi-texniki tərəqqisinə və
tələbinə, dünyada baş verən tendensiyalara uyğun olaraq artıb. Belə bir şəraitdə ali təhsil müəssisələri ilk növbədə, müasir informasiya- kommunikasiya texnologiyalarından təhsilin təşkili və idarəolunmasında, elmi tədqiqat işlərinin aparılmasında geniş istifadə etməklə yüksək səviyyəli, rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən və insan kapitalının formalaşmasında mühüm rol oynayan elm və təhsil mərkəzləri olmalıdırlar. Ona görə də universitetlərin modernləşdirilməsi və orada həyata keçirilən islahatların daha da sürətləndirilməsi hazırda ölkə qarşısında duran mühüm
vəzifələrdən biridir. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu
fikirlər Gəncə Dövlət Universitetində “ümumi təhsildə keyfiyyət ili” çərçivəsində 2017-2018- ci tədris ilinin ikinci ayının yekunlarına və qarşıya qoyulan vəzifələrə dair keçirilən iclasında səsləndirilib.
Tədbiri açan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov əvvəlcə Təhsil nazirliyində 2017-ci il noyabrın 15-də keçirilən kollegiya iclası barədə iclas üzvlərinə məlumat verib.
Bildirilib ki, Təhsil naziri Mikayıl Cabbarovun, kollegiya üzvlərinin, eləcə də nazirliyin struktur bölmə rəhbərlərinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi iclasda Gəncə Dövlət Universiteti rəhbərinin  ali təhsil müəssisəsində tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat
fəaliyyətinin təşkilinə dair  hesabatı dinlənilib Kollektiv üzvləri kollegiya iclasında Təhsil nazirliyi tərəfindən qaldırılan məsələlər, həmçinin qarşıya qoyulan vəzifələr və əsas fəaliyyət istiqamətləri baradə məlumatlandırılıblar. Sonra rektor Yusif Yusibov “ümumi təhsildə keyfiyyət ili” çərçivəsində Gəncə Dövlət Universiteti kollektivinin qarşısında duran vəzifələr barəsində məlumat verib. Bildirilib ki, son illər Gəncə Dövlət Universitetinin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Belə ki, universitetdə təhsil-tədris prosesində keyfiyyətin yüksəldilməsi üçün ali təhsil müəssisəsinin infrasrtukturu yaxşılaşdırılıb, 5-ci tədris korpusu əsaslı təmir-tikinti və yenidənqurmadan sonra müasir səviyyəyə çatdırılıb. Universitetin maddi texniki və tədris bazası möhkəmləndirilib. Beşinci tədris korpusunda GDU ilə TİKA-nın birgə əməkdaşlığı sayəsində 40 minlik kitab fondu olan Nuru Paşa adına  müasir kitabxana qurulub. Universitetin normativlər toplusu təkmilləşdirilib, müasir kompetensiyaya malik kadrlarla təminatın səviyyəsi yüksəldilib. Bunun üçün dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb, qarşılıqlı əlaqələr yaradılıb, beynəlxalq konfranslarda, elm və təhsil layihələrində iştirak təmin edilib, professor-müəllim və tələbələrin akademik mobillik proqramlarına qoşulması sürətləndirilib. Görülmüş işlərin uğurlu nəticəsi olaraq Türkiyə Respublikasının bir sıra ali məktəbləri ilə Mövlanə Mübadilə Proqramı çərçivəsində qarşılıqlı müəllim və tələbə mübadilələri həyata keçirilib. Həmçinin universitetin Beynəlxalq əlaqələr şöbəsi Avropa İttifaqının “ERASMUS +” , “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində “Tvinninq” layihələrinin fəal iştirakçısına çevrilib. Universitetdə aparılan elmi tədqiqat işlərinin dünya səviyyəsində rəqabətqabiliyyətliliyini təmin etmək və alınan nəticələrin sənayeyə tətbiqinə nail olmaq üçün Kimyəvi materialşünaslıq elmi tədqiqat laboratoriyası və digər laboratoriyalar yenidən qurulub. Elm və təhsil təşəbbüslərinin kommersiyalaşdırlmasını təmin etmək, həmçinin respublikanın Qərb bölgəsində innovasiya mədəniyyətini formalaşdırmaq və informasiya texnologiyaları sahəsində gənclərin yeni ideyalarını dəstəkləmək üçün İnnovasiyalar departamanti fəaliyyətə başlayıb. Təhsil prosesinin vacib göstəricilərindən olan semestr və dövlət imtahanlarının təşkili, imtahan formalarının müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də imtahanlarda obyektivliyin və şəffaflığın təmini məqsədilə bir çox yeniliklər tətbiq edilib, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan prosesini müşahidə etməsi üçün “açıq qapı” günləri keçirilib. Həmçinin Gəncə Dövlət Universitetində baş verən yeniliklərin ictimaiyyətə daha dolğun və operativ çatdırılması məqsədilə Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin fəaliyyəti yenidən təşkil edilib. Əldə olunan nəticələrin universitetin gələcək inkişafı üçün əsas olduğunu deyən rektor Yusif Yusibov bildirib ki, ölkənin Qərb bölgəsində fəaliyyət göstərən ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti ümumtəhsil məktəbləri üçün pedaqoji kadrların hazırlanması işini bundan sonra da yüksək səviyyədə davam etdirəcəkdir. Qeyd edilib ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi hərtərəfli diqqət və qayğı, həmçinin Təhsil nazirliyi tərəfindən təhsildə keyfiyyətin əldə edilməsi istiqamətində aparılan çoxsaylı islahatlar Gəncə Dövlət Universitetinin inkişafını şərtləndirən və kollektivə stimul verən əsas
istiqamətdir. Məlumat verilib ki, hazırda normativlər toplusunun təkmilləşdirilməsi, təhsildə yeni məzmunun əldə edilməsi, təlim texnologiyalarının və tədris vasitələrinin yeniləşdirilməsi, ali təhsil müəssisəsinin strukturunun və idarə idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, universitet və fakültə Elmi Şuralarının fəaliyyətinin yenidən təşkili, əmək
bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşmə siyasətinin hazırlanıb həyata keçirilməsi istiqamətində mühüm addımlar atılacaq. Daha sonra 2017-2018- ci tədris ilində əldə olunan nəticələr və qarşıda duran məsələlərə dair tədris işləri üzrə prorektor, dosent Fəxrəddin Məmmədov müəllimlərin və gənc kadrların dərsə hazırlıq səviyyəsi, mühazirə
və seminar dərslərində müəllimlərin tətbiq etdiyi interaktiv təlim metodları, texnologiyaları və tədris vasitələri, həmçinin qış semestr imtahanlarının təşkili haqqında çıxış edib. İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov universitetin tədris korpuslarının istiliklə təchizatı və görülmüş digər
işlər barəsində məlumat verib. Hesabat iclasında Təcrübə və karyera şöbəsinin müdiri Mahir Məmmədov GDU-nun baza təhsil müəssisələri olan ümumtəhsil məktəblərində universitet alimlərinin nümunəvi mühazirələri, müəllimlərin isə geniş auditoriya üçün təşkil olunmuş açıq dərsləri haqqında
məlumat verib. Həmçinin Humanitar məsələr üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın, təhsildə keyfiyyətə nəzarət və nizam-intizam komissiyası sədrlərinin ayrı-ayrı fakültələr və tədris korpusları üzrə hesabatı dinlənilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !