“Mənim yaşıl şəhərim” layihəsinin heyəti və iştirakçılar Azərbaycan Dövlət Televiziyasının (AZTV) qonaqları oldular.

 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyi tərəfindən həyata keçirilən “Mənim yaşıl şəhərim” layihəsi yekunlaşdı.
Qeyd etmək istəyirik ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, ətraf mühitin qorunması, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir.
22 noyabr 2017-ci il tarixdə “Mənim yaşıl şəhərim” layihəsi çərçivəsindəki fəaliyyətimiz Azərbaycan Dövlət Televiziyasının "Səhər" musiqi-informasiya proqramının canlı yayımında işıqlandırıldı. Layihə heyəti və iştirakçıların bir qismi proqramın qonaqları oldular. Verilişdə layihə icrası zamanı Bakı şəhərində, Nərimanov rayonu ərazisində keçirilən ekoloji təlim, aksiya və iməciliklər haqqında geniş müzakirələr aparıldı. Qeyd etmək istəyiriki ki, layihə çərçivəsində 4 seminar və 1 iməcilik aksiyası təşkil edildi. Ümumilikdə 300 yaxın yeniyetmə və gənc layihədən faydalandı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )