ADGTT-dan Yeni ilin ən maraqlı tamaşası... -

ADGTT-dan Yeni ilin ən maraqlı tamaşası...

Hər il olduğu kimi bu dəfə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq.
Kollektiv hər il olduğu kimi ,bu il də ənənəsinə sadiq qalaraq yeni - 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılara maraqlı istirahət təşkil edəcək. Bu dəfə teatr sevimli uşaqların görüşünə Sten Linin “Hörümçək adam “ tamaşası ilə gələcək. Yeni il tamaşası rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın yeni il tətilinə əvəzolunmaz hədiyyə olmaqla yanaşı, sürprizlərlə zəngin əyləncəli bayram proqramı kiçik yaşlı tamaşaçılarımızda böyük maraq yaradacaq. Yeni ilin ilk günlərində tamaşaçılar bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Bundan başqa hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qızdan maraqlı yeni il hədiyyəsi, bol əyləncəli oyunlar da gözləyir.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.
Tamaşanın premyerası bu ilin dekabr ayının 29-da saat 12:00, 14:00, 16:00- da baş tutacaqdır. Yeni il proqramı 29 dekabr-7 yanvar tarixlərinədək davam edəcəck.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !