UŞAQ KİNOSUNDA İNKİŞAF QIŞ TƏTİLİ -

UŞAQ KİNOSUNDA İNKİŞAF “QIŞ TƏTİLİ”

 Uzun illər uşaq filminin çəkilməsi arzu olaraq qalırdı. Bu gün artıq inkişaf edir. My Production komandası “Qış tətili” uşaq macəra filminin təqdimatına hazırlaşır. Uşaqların sevəcəyi ikinci film gəlir.
Məlumat üçün bildirək ki, noyabr ayının 1-dən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı, Teymur Nəcəf-in rəhbərlik etdiyi "My Production"nın istehsalı olan "Qış tətili" uşaq macəra filminin çəkilişlərinə başlanıldı. Film Bakı şəhəri və Xaçmaz rayonunda çəkildi və tamamlandı.
Onu da bildirək ki, rejissor Teymur Nəcəfovun ekranlaşdıracağı filmdə iştirak edən uşaq aktyorlar Dilşad xanımın yetirmələri eyni zamanda “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləridir. Dilşad xanım da filmdə uşaqların anası rolunda çıxış etmiş, “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzində uşaqlara göstərdiyi rəhbərlik və valideynlik qayğısını filmdəki roluna qataraq gözəl bir ana obrazı canlandırmışdır.
Rejissor Teymur Nəcəfov filmin musiqi tərtibatına da xüsusi diqqət ayırıb və bu işi öz işinin peşakarı olan Ləman Nəcəf və Rövşən Mühəmmədə həvalə edib.
Qeyd edək ki, “Qış tətili” filminin öz xüsusi mahnıları yazılıb və mahnılar bəstəkar Nailə xanım Mirməmmədlinin tələbəsi filmdə Kazım rolu Mirabbas Babayev tərəfindən səsləndirilib.
Sonda isə bildirək ki, Avropa janrında çəkilən “Qış tətili” uşaq macəra filmi yaxın zamanlarda bütün kinoteatrlarda nümayiş olunacaq.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !