Leyla Əliyeva UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşüb -

Leyla Əliyeva UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşüb

 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ölkəmizdə səfərdə olan UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşüb.

 

Leyla Əliyeva UNICEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyəti yüksək qiymətləndirərək, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsinin gələcəyimiz üçün ən dəyərli sərmayə olduğunu vurğulayıb. Bu sahədə Azərbaycanda son illər böyük irəliləyişlərin əldə edildiyini bildirib, bununla bağlı işlərin davam etdiriləcəyinə və daha da genişləndiriləcəyinə əminliyini qeyd edib. Uşaqların ətraf mühitin mühafizəsi sahəsində təhsil almalarının və maarifləndirilməsinin əhəmiyyətinə toxunan Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən son 6 ildə uşaqların ekoloji biliklərinin artırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr, o cümlədən eko laboratoriyalar, düşərgələr, kurslar və nəşrlər haqqında ətraflı məlumat verib.

 

Əfşan Xan, öz növbəsində, ətraf mühit və davamlı inkişaf məsələləri üzrə uşaqların məlumatlandırılmasına yönəlmiş fəal səylərinə görə Leyla Əliyevaya öz minnətdarlığını bildirib. O, UNICEF-in iqlim dəyişikliyi, davamlılıq və digər ekoloji mövzuların tədris proqramına daxil edilməsində maraqlı olduğunu, bu barədə IDEA-nın fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib.

 

Görüş zamanı tərəflər arasında uşaqların ekoloji təhsili üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, eləcə də sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, reabilitasiyası və təhsili məsələləri üzrə fikir mübadiləsi aparılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !