Açıq dərs: - Müasir dövrdə yeni pedaqoji təfəkkür və onun yaranmasını şərtləndirən amillər

Açıq dərs: “Müasir dövrdə yeni pedaqoji təfəkkür və onun yaranmasını şərtləndirən amillər”

 Gəncə Dövlət Universitetində psixologiya elminin korifeyi, Əməkdar elm
xadimi, professor Əbdül Əlizadənin 85 illik yubileyinə həsr olunan
genişləndirilmiş auditoriya üçün “Müasir dövrdə yeni pedaqoji təfəkkür və
onun yaranmasını şərtləndirən amillər” mövzusunda seminar təşkil edilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki,
seminarda universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm
Fətəliyeva, Pedaqoji fakültənin dekanı Bayram Apoyev, Psixologiya
kafedrasının müdiri Zümrüd Cavadova, ixtisasçı alim və müəllimlər, tələbələr,
eləcə də ümumtəhsil məktəblərinin pedaqoq və psixoloqları iştirak ediblər.
Tədbiri açan Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva
bildirib ki, universitetin alimləri və gənc müəllimləri tərəfindən təqdim edilən
mövzular istər ixtisasçılar, istərsə də dinləyicilər tərəfindən yüksək
dəyərləndirilir.
Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova iştirakçılara görkəmli
alim, professor Əbdül Əlizadənin psixologiya sahəsindəki tədqiqatları
haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, uzun müddət təhsilin nəzəriyyə
və praktikası ilə məşğul olan görkəmli pedaqoqun elmi yaradıcılığı həm
ölkəmizdə, həm də respublikadan kənarda yüksək qiymətləndirilib.
İlk dəfə Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor
Ə.K.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz
və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənib. Alimin "Cinsi demorfizm və
şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri"
mövzusunda doktorluq dissertasiyası Azərbaycan psixologiyasında həm də
mühüm hadisə olub. Ə. Əlizadənin bu tədqiqatı ilə Azərbaycan
psixologiyasında yeni elmi istiqamət - cinsi fərqlər psixologiyası istiqaməti
yaranıb və uğurla inkişaf etməyə başlayıb. Onun 1964-cü ildə dövrün psixoloji
fikrini sistemli əks etdirən sanballı "Psixologiya" dərsliyi nəşr olunub. Alimin
sonrakı tədqiqat xarakterli kitabları da Azərbaycan elminə böyük töhfə olub.
Ötən əsrin 80-ci illərin ikinci yarısında Azərbaycan məktəblərində maraqlı bir
fənn - "Ailə həyatının etikası və psixologiyası" fənni tədris olunmağa başlayıb.
Bununla da professor Ə.Əlizadə professor A.Almazovla birgə bu önəmli elmi-
psixoloji vəzifə uğurla həll edilib.
Sonra Psixologiya kafedrasının dosenti Cəfər İbrahimov yeni mövzunu
dinləyicilərə təqdim edib.
Cəfər İbrahimov bildirib ki, “açıqdərs”in əsas məqsədi ixtisasçıları və
dinləyiciləri müasir təhsil konsepsiyası və XXI əsrdə təhsilin inkişafının əsas

istiqamətləri, yeni pedaqoji təfəkkürün yaranmasını şərtləndirən amillər,
təlimin optimallaşdırılmasında idrak proseslərinin rolu və “müasir dərs”
konsepsiyasının əsas məsələləri haqqında məlumatlandırmaqdır.
Müasir təhsil konsepsiyası və XXI əsrdə təhsilin inkişafının əsas
istiqamətlərindən danışan C. İbrahimov deyib ki, hazırda respublikamızı
inkişaf parametrləri üzrə qabaqcıl dünya ölkələri səviyyəsinə yüksəltmək
başlıca məqsəd kimi qarşıya qoyulub və bütün fəaliyyətlər, o cümlədən təlim
fəaliyyəti də həmin istiqamətə yönəlib. 2012-ci ildə qəbul olunmuş
“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası ölkəmizin həyatının
bütün sahələrindəki perspektivləri müəyyənləşdirib.
Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda öz əksini tapan səriştəyə əsaslanan təhsil məzmununun
yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim
metodları ilə səmərəli mənimsəməni təmin edən təhsilverənlərin
formalaşdırılması, təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması,
müasir tələblərə cavab verən, ömür boyu təhsili təmin edən təhsil
infrastrukturunun yaradılması və təhsilin dayanıqlı, eləcə də müxtəlif
mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin
yaradılması əsas vəzifələr və mühüm proqram sənədi kimi qarşıya qoyulub.
Prezident İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
strategiyasının həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”nda yuxarıda
göstərilən istiqamətlər üzrə konkret tədbirlər müəyyənləşdirilib.
Müasir məktəblərin zamanın tələbinə uyğun olaraq dəyişdiyini deyən
Cəfər İbrahimov qeyd edib ki, artıq inkişaf konsepsiyasına uyğun olaraq
şagird və tələbələrin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud
“yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin
olunması məqsədilə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Sonra dinləyicilər təlim, onun psixologiyası və məqsədləri haqqında
məşhur alimlərin tədqiataları haqqında məlumatlandırılıblar.
Müasir alimlərin araşdırmalarının nəticələri haqqında məlumat verən
Cəfər İbrahimov vurğulayıb ki, XXI əsrin əsas kapitalı ölkələrin maliyyə
imkanları və təbii resurslarının zənginliyi deyil, onların intellektual potensialı
olacaqdır. Dünyanın aparıcı ölkələrənin inkişaf tendensiyası da göstərir ki,
intellektual potensialın formalaşması üçün təhsilin modernləşdirilməsi millilik
və bəşərilik, qabaqlayıcı təhsilvermə, universal biliklərə yiyələnmə, bütün
həyat boyu təhsilalma, yeni maliyyələşmə modelinə keçid istiqamətləri üzrə
aparılmalıdır.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !