ADU-da Hindistan milli geyimlərinin nümayişi keçirilib -

ADU-da Hindistan milli geyimlərinin nümayişi keçirilib

Noyabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) foyesində Hindistan milli geyimlərinin nümayişi keçirilib.
Tədbirdə iştirak edən Hindistanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Norbu Neqi ADU-da olmaqdan məmnun olduğunu bildirib. Universitetin Hindi dili və mədəniyyəti mərkəzi tərəfindən təşkil olunan bu nümayişi yüksək qiymətləndirən N.Neqi əyləncəli və həvəsləndirici tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Tədbirdə hindlilərin geyim tərzləri, milli geyimlərinin növləri və istifadə etdikləri aksessuarların simvolik mənaları haqqında ətraflı məlumat verilib.
Libaslar universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş etdirilib.
Tədbirdə qonaqlar Hindi dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva və Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında hind milli rəqslərini izləyiblər.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Hindistana məhəbbətin həmişə xalqımızın qəlbində olduğunu söyləyib. Rəqslərə baxıb, geyim nümayişini nəzərdən keçirdiyini deyən rektor bildirib ki, tədbir qonaqlarınböyük mədəniyyətin nişanələri ilə tanış olmalarına səbəb olub. Tədbirin təşkilində əməyi keçən şəxslərə minnətdarlığını bildirən rektor K.Abdulla bu tədbirin universitetdə hindi dili və mədəniyyətini öyrənən tələbələrlə yanaşı, başqa ölkələr haqqında bilikləri mənimsəyən tələbələrin də rəğbət və məhəbbətini qazandığını deyib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !