Türkiyədə təhsil almış azərbaycanlı məzunlar 25 illik uğuru qeyd etdilər! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 18 noyabr 2017 ci il tarixində Bulvar oteldə 1992-ci ildən başlayaraq Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin görüşü keçirilmişdir. “Böyük tələbə layihəsi”nin 25 illiyi çərçivəsində keçirilən görüş hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə məzunlarla yanaşı Azərbaycanın xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral , Türkiyənin sabiq təhsil naziri , millət vəkilləri və bir çox rəsmilər iştirak etmişlər.
Çıxış üçün ilk öncə söz cənab Hafiz Paşayevə verilmiş və o öz məruzəsində Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq əlaqələrindən danışmış bu münasibətlərin tarixinin uzun illər olduğunu qeyd etmişdir. Təhsil sahəsi bu əlaqələrdə əsas yerlərdən birini tutur. Belə ki, Türkiyədə təhsil alıb qayıdan tələbələr ölkəmizdə müxtəlif sahələrdə çalışırlar. Bu tələbələr arasında öz peşə sahəsində böyük uğurlar qazanan çox sayda insanlar var ki, hal hazırda müxtəlif sahələrin çox peşəkar mütəxəssisləridirlər.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sistemində qazanılan nailiyyətlərdən danışdı. O dedi ki, bu gün Azərbaycanda təhsil Avropa standartlarına cavab verir. Nazir müavini türkiyəli şagirdləri ölkəmizin ali məktəblərində təhsil almağa dəvət etmişdir.
Qeyd edək ki, hər bir çıxış edən qonaq öz növbəsində ulu öndər Heydər Əliyevi anmış , onun təhsilə göstərdiyi qayğının əvəz olunmazlığını bildirmişlər.Tədbir çərçivəsində çıxış edən dövlət rəsmiləri məzunlar tərəfindən mükafatlandırılmışdır.
Tədbir rəsmi hissədən sonra konsert proqramı ilə davam etmişdir.

 


AZpress.AZ, Minə Türksoy

 

 


 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )