ADGTT-da Eşq-i Nigar tamaşasının premyerası keçirildi -

ADGTT-da “Eşq-i Nigar” tamaşasının premyerası keçirildi

 Xəbər verildiyi kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı məhəbbət dastanı hazırlanırdı.
Noyabrın 14-də tamaşanın premyerası keçirildi. Premyeradan əvvəl teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səhnəyə çıxaraq tamaşaçıları salamladılar. İbrahim İldırım birgə layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına daha bir töhfə olduğunu bildirdi. Ortaq türk mədəniyyətlərinin türkdilli ölkələrdə təbliği və qarşılıqlı şəkildə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Teatrın direktoru ilk birgə layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi və bundan sonra da birgə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. Tamaşaçılara xoş seyrlər arzuladı. Bakı Yunis Əmrə İnstitutu ilə Dövlət Gənc Tamaşaçılar Teatrının birgə dəstəyi əsasında reallaşan səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış edirdi. Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.
“Eşq-i Nigar” tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın nəzərindən baxışlarını əks etdirir. Beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamlarından çox, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkmişdir. Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir. Azərbaycan və türk xalqlarının nəcibliyini özündə əks etdirən tamaşa musiqisi, plastik həlli, klassik geyimləri, maraqlı rəqsləri ilə diqqəti cəlb edir.

 

 

 


ADGTT-na təşəkkür edirlər...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər zaman olduğu kimi bu il də aztəminatlı ailələrin övladları, fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar, Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, təmənnasız xidmət göstərməkdə davam edir və eyni zamanda teatr müxtəlif ictimai təşkilatlar , dövlət qurumları ilə əlaqələrini davam etdirərək onların asudə vaxtının səmərəli keçirilməsinə yardım etməkdədir. Teatr il ərzində hazırlanan və nümayiş etdirilən tamaşalara adıçəkilən təşkilatları fəal cəlb edir. Xeyriyyə məqsədilə nümayiş etdirilən tamaşalara, eləcə də hər zaman onlara göstərilən diqqət və qayğıya görə bir sıra müəssisələrdən teatra təşəkkür məktubları mütəmadi olaraq daxil olmaqdadır. Təşkilatlardan gələn məktublarda teatrda nümayiş etdirilən tamaşaların keyfiyyəti, gənc nəslin əxlaqi-mənəvi dəyərlərə yiyələnməsi, maariflənməsi mövzusunda əsərlərin üstünlükləri qeyd edilərək teatrın rəhbərliyinə və yaradıcı heyətinə minnətdarlıq ifadə olunur. Noyabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına daha bir təşəkkür məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayevin teatrın rəhbərliyinə göndərdiyi məktubda kollektivin mülki müdafiə qoşunlarında şəxsi heyətin asudə vaxtının səmərəli təşkilinə göstərdiyi köməkliyə görə minnətdarlıq ifadə olunmuşdur. Məktubda həmçinin bu istiqamətdə qarşılıqlı əlaqələrin davam etdiriləcəyi və gələcəkdə daha da möhkəmləndirilməsi əminliklə ifadə edilmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !