Üçrəngli bayrağımızın əbədi qayıdış günü mövzusunda tədbir keçirilib -

“Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib

 AMEA Naxçıvan Bölməsində “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib. Konfrans 17 Noyabr-Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününə həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək 17 noyabr 1990-cı ildə ümummilli lider Hеydər Əliyеvin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında müzakirəyə çıxarıldığını bildirib. Qeyd edib ki, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və 70 ildən sonra üçrəngli bayrağımız Naxçıvanda dalğalanıb.
Akademik müstəqilliyimizin rəmzi olan bayrağımızın qorunması və mühafizəsi ilə bağlı bir çox qanunların qəbul edildiyini, sərəncamların imzalandığını vurğulayıb. O, sözügedən sənədlərin bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda məruzəsi dinlənilib.
Prezident İlham Əliyevin “Bu bayraq bizim milli dəyərimizdir. ...Bayraq Meydanın yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır...” sözlərini xatırladan Ramiz Qasımov bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında imzaladığı sərəncam Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsidir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da dövlət rəmzlərinin təbliğ olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində saxlanılır. Dövlət atributlarının təbliği də başlıca yerdə dayanır. Vurğulanıb ki, müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Dövlət Bayrağı Meydanı bu gün şəhərimizin füsünkar guşələrindən birinə çevrilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilov çıxış edərək Dövlət Bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !