Nərimanov rayonunda Mənim yaşıl şəhərim layihəsi çərçivəsində növbəti tədbir keçirildi. -

Nərimanov rayonunda “Mənim yaşıl şəhərim” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.

 14 noyabr 2017-ci il tarixində 193 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyi “Mənim yaşıl şəhərim” çərçivəsində növbəti tədbiri həyata keçirdi.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdaəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Gənclərin Elmi Araşdırmalar Mərkəzi" ictimai birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev, 193 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.
Təlimdə çıxış edən "Gənclərin Elmi Araşdırmalar Mərkəzi" ictimai birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, ətraf mühitin qorunması, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir. Təlimçi qeyd etdi ki, insan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter almışdır. Ümummilli liderimizin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Müstəqilliyin ilk illərində Azərbaycanda ekoloji problemlərin həlli diqqətdən kənarda qalmışdı. Lakin ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmışdır. Dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları öz əksini tapmışdır.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !