AMEA Naxçıvan Bölməsində Oğuzlar və Oğuznamə kitablarının təqdimatı keçirilib. -

AMEA Naxçıvan Bölməsində “Oğuzlar” və “Oğuznamə” kitablarının təqdimatı keçirilib.

 AMEA Naxçıvan Bölməsində görkəmli türkoloq, professor Faruq Sümərin “Oğuzlar” və Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitablarının təqdimatı keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən baş tutub.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək kitabların və mütaliənin insan həyatındakı rolundan bəhs edib. Alim sözügedən nəşrlərin türk xalqlarının təşəkkülündə və inkişafında böyük rol oynadığını, onların tarix, mədəniyyət, həyat tərzi və adət-ənənələrimiz barədə oxucuya müfəssəl məlumat verdiyini bildirib. Akademik hər iki əsərin gənclər üçün əvəzsiz mənbə olduğunu vurğulayıb.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Oğuzların tarixinə həsr olunmuş sanballı əsərlər” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək hər iki əsərin elmi dəyərindən söz açıblar.
Qeyd olunub ki, professor Faruq Sümərin “Oğuzlar” kitabı XVI əsrdə Anadoluda Oğuz boylarına aid yer adları və Türkmən oymaqları ilə birgə siyahılar adlı əlavələrdən ibarətdir. “Oğuzlar haqqında ən qədim məlumatlar”, “Oğuzlar IX-XI əsrlərdə”, “Səlcuqlu dövlətinin qurulması” “Səlcuqlar dövründə oğuzlar (türkmənlər)” adlı yarım başlıqlardan ibarət olan ilk hissədə müəllif “Oğuz” adının etimologiyası, onların vətəni, həyat tərzi, iqtisadi həyatı, əski dini inancları, İslamı qəbul etmələri, adət-ənənələri barədə söz açır. Kitabın “Boy təşkilatı və boylar” adlanan II hissəsində 24 oğuz boyunun ucsuz-bucaqsız bir ərazidə yayılması, köçəri və ya oturaq şəkildə yaşaması, onların adını daşıyan yer adları və digər məsələlər sistemli tədqiq edilib.
Kitabın dastanlardan bəhs edən son hissəsində isə oğuzların iqtisadi-siyasi fəaliyyəti, ailə həyatı maraqlı faktlar əsasında göstərilib, oğuzlarda ordu, geyim, ovçuluq, əyləncələr ayrı başlıqlar altında araşdırılıb.
Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitabı haqqında da ətraflı məlumat verilərək bildirilib ki, əsər türk xalqlarının tarixinin öyrənilməsində etibarlı və əsas mənbələrdən biridir.

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 215 ümumtəhsil məktəbinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin apardığı açıq dərsdə “Kimyəvi elementlərin dövrü sistemi” mövzusundan danışılıb. Bildirilib ki, təbiətdə mövcud olan və süni yolla alınan 10 milyonlarla maddənin tərkibini göstərmək üçün kimyəvi elementlərin işarələrindən istifadə edilir. Bütün Yer kürəsi və onun atmosferi kimyəvi elementlərin bəsit və mürəkkəb birləşmələrindən təşkil olunub.
Kimyaçı alim qeyd edib ki, 1828-ci ildə alman alimi İ. Debereyner tərəfindən ilk dəfə müəyyən edilib ki, əgər elementləri kimyəvi oxşarlıqlarını nəzərə almaqla üç-üç qruplarda birləşdirsək və atom çəkilərinin artması sırası ilə yerləşdirsək, onda iki elementin arasında yerləşən elementin atom çəkisi, kənar elementlərin atom çəkilərinin cəminin yarısına bərabər olar.
Açıq dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, bundan sonra 1862-1868-ci illərdə S.Vürts, L.Meyer, C.Nyulends, A. Vilyamson, U.Odlinq, N.Lavrov, A.Hofman məlum 63 elementdən 51-ni əhatə edən yeni atom kütlələri cədvəllərini nəşr etdirib.
Ə. Qarayev kimyəvi elementlər cədvəlindən də bəhs edərək bildirib ki, 1868-ci ildə D. Mendeleyev “Kimyanın əsasları” kitabını yazır və orada əsas məsələ kimi elementlərin dövriliyini göstərir. Kimyəvi xassəcə müxtəlif olan iki qrup elementlərin müqayisəsi göstərdi ki, atom çəkilərinin qiymətinə və onların valentliyinə görə elementləri bir sistemdə yaxınlaşdırmaq olar. Məhz bu müqayisə kimyəvi elementlər cədvəlinin əsasını qoydu və Mendeleyev 17 fevral 1869-cu ildə 64 kimyəvi elementdən ibarət cədvəl tərtib etdi. Müxtəlif qrup elementlərinin, onların atom çəkilərinə görə müqayisəsi dövri qanunun-elementlərin xassələri onların atom çəkilərinin qiymətindən dövri asılıdır kəşfinə gətirib çıxartdı.
Diqqətə çatdırılıb ki, elementlərin dövri sistemi dövri qanunun qrafik şəkildə təsviridir. İndiyədək dövri qanunu ifadə edən 600-ə qədər cədvəl, qrafik və şəkilin ikisi daha təkmil variantdır. Qısa dövrlü klassik formalı və uzun dövrlü (18 sütunlu) cədvəllər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !