Qubada aprel döyüşlərinə həsr olunmuş sərgi keçirilib. -

Qubada aprel döyüşlərinə həsr olunmuş sərgi keçirilib.

 Quba şəhərində 2016-cı ilin aprel döyüşlərinə və şəhidlərin xatirəsinə həsr olunmuş istedadlı gənclərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” adlı layihə çərçivəsində baş tutan sərginin rəsmi hissəsində çıxış edən layihə rəhbəri Ramin Mahmudov aprel döyüşlərinin əhəmiyyətindən danışıb, azad olunmuş ərazilərimiz haqqında məlumat verib. Hərbiçilərimizin bu döyüşlərdə qəhrəmanlıqlarını qeyd edən natiq şəhidlərimizin daim qəlblərimizdə yaşadığını bildirib. Bu kimi tədbirlərin təşkilinin də əsas məqsədinin yetişməkdə olan gənc nəslə həmin qəhrəmanlarımızı tanıtmaq, onların şərəfli həyat yolunu təbliğ etmək, şəhidlərin ruhunu daim əziz tutmaq olduğunu bildirib. Natiq eyni zamanda müsabiqəyə rayonun müxtəlif məktəblərində təhsil alan 80 nəfər yeniyetmə və gəncin 120-dən artıq əl işinin təqdim edildiyini, münsiflər heyyəti tərəfindən 70 əl işinin sərgidə nümayişinə qərar verildiyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edənlər Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba rayon Uşaq İncəsənət Məktəbinin direktoru Mirkazım Cəfərov, Quba Uşaq İncəsənət Məktəbinin rəssamlıq bölməsinin rəhbəri, müəllim Sadıq Məmmədov şəhidlərin xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, vətənpərvərlik hislərinin yüksəldilməsində bu kimi təbliğata daim ehtiyac olduğunu qeyd etmişlər.
Rəsmi hissə başa çatdıqdan sonra iştirakçılar gənc istedadların nümayiş olunan əl işləri ilə tanış olublar.
Yekunda rəsm müsabiqəsinin qalib və mükafatçılarına təşkilatçılar tərəfindən diplomlar, bütün iştirakçılara sertifikatlar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilib.
Qeyd edək ki, 3 ay davam edən layihə çərçivəsində aprel döyüşləri şəhidlərinin xatirəsinə Xaçmaz rayonunda kikboksinq, Qusar və Şabran rayonlarında cüdo, Xızı rayonunda sərbəst güləş və Quba rayonunda isə atıcılıq turnirləri keçirilib.

 

 

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !