MAGİSTRLƏRİN ŞƏKİ ŞƏHƏRİNƏ SƏFƏRİ. -

MAGİSTRLƏRİN ŞƏKİ ŞƏHƏRİNƏ SƏFƏRİ.

 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti və AMEA Şəki Regional Elm Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə noyabrın 2-dən 6-dək elm və təhsilin istehsalata tətbiqi istiqamətində Cİ-nin və BDU coğrafiya fakültəsi magistrlərinin təbii və antropogen rekreasiya ehtiyatları, turizm obyektləri və istehsalat müəssisələri ilə yaxından tanışlığı məqsədilə Şəki şəhərinə səfəri baş tutub.
Səfər zamanı Coğrafiya İnstitutunun əməkdaşları - c.ü.f.d., dos. Zaur İmrani, c.ü.f.d. Mətanət Musayeva, BDU-nun müəllimi Polad Orucov və ŞREM-in əməkdaşı Yusif Rəhimov regionun təbiət və tarixi mədəniyyət abidələri, bir sıra turizm və istehsalat obyektləri ilə magistrləri yaxından tanış etmiş, məlumat vermişlər.
Səfər iştirakçıları yeni inşa edilən “Marxal” istirahət kompleksi, I-IV əsrlərə aid Kiş alban məbədi, Tarix Diyarşünaslıq muzeyi, Şəki Xan sarayı və Karvansarada olmuş, regionunun tarixi və adət-ənənələri haqqında məlumat almışlar. Magistrlər təbiət qoynunda antropogen şam meşəsini əyani şəkildə izləmiş, Kiş çayının selli ərazilərini müşahidə etmişlər. Səfərdə olanlar “Şəki-İpək” ASC-nin barama və digər sexlərində istehsalat prosesini izləmiş, köhnə və yeni texnologiyaların iş prinsiplərini əyani şəkildə görmüş və kombinatın istehsal etdiyi məhsulların satışı mağazasında satıcılara onları maraqlandıran suallar vermişlər.
Elm və təhsilin istehsalata tətbiqi ilə bağlı magistrlərin Şəki şəhərinə səfəri onların dünyagörüşünün artmasında və gələcək fəaliyyətində yardımçı rolunu oynayacaqdır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !