DVC Gənc Sahibkar Axtarışında layihəsinin təlimlərinə start verir -

DVC “Gənc Sahibkar Axtarışında” layihəsinin təlimlərinə start verir

 DVC “Gənc Sahibkar Axtarışında” layihəsinin təlimlərinə start verir. Bakı və Şəki şəhərlərində baş tutacaq təlimlərdə 16-29 yaş arası gənclər iştirak edə biləcək.
Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaq, gənclər arasında sahibkarlıq metodologiya və biliklərini formalaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına töhfə vermək, habelə “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunun yaradılması məqsədilə keçirilən layihə çərçivəsində Bakı və Şəki şəhərini əhatə edən gənclərə biznes və sahibkarlıq mövzusunda maarifləndirmə təlimləri keçiriləcək, gənclərdə biznes bilikləri formalaşdırılacaq. Təlimlər “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçiriləcək.
2 həftə davam edəcək təlimlər nəticəsində Bakı və Şəki şəhərlərindən seçilmiş 5 biznes layihənin ekspertlər tərəfindən baxılaraq, investorlarla görüşlərin keçirilməsi planlaşdırılıb. Həmçinin eksperlərin qiymətləndirməsi nəticəsində ilk 10-luqda yer alan biznes layihələrin planlaşdırılan “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunda yerləşdirilməsi nəzərdə tutulub.
Azərbaycanda ilk dəfə nəşr olunacaq “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunda biznes və startap ekosisteminə aid olan maarifləndirici məlumatlar, o cümlədən biznes inkubasiya mərkəzləri, onların maliyyə və investisiya mənbələri haqqında ətraflı məlumatlar yer alacaq.
Xatırladaq ki, “Gənc Sahibkar Axtarışında” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığıyla həyata keçirilir.
Qeyd edək ki, DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. DVC-nin məqsədi müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007 və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Milli Biznes İnkubatorlar Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 140 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Həftəsi”nin Azərbaycanda eksklüziv nümayəndəsi və “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır.

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !