Tünzalə gənclərlə Kinoteatra ADDIMladı. -

Tünzalə gənclərlə Kinoteatra ADDIMladı.

ADDIM Gənclər Təşkilatı və Park Cinema kinoteatrlar şəbəkəsi artıq 3 il davam edən Cinemaya Addımla layihəsinə yenidən start verdi. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “ParkCinemaya ADDIM-la” adlı layihəsinin yeni sezonda ilk qonağı əməkdar artist Tünzalə olub. AZpress.AZ xəbər verir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyni adlı əsərinin motivləri əsasında çəkdiyi " Şərq ekspresində qətl" filminə baxıblar. Nümayişdə Addım Gənclər təşkilatının üzvləri, media nümayəndələri və Tünzalənin fan klubunun fəal üzvləri iştirak ediblər. Tədbirin əvvəlində ADDIM Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan əməkdar artistin layihədə iştirakını alqışlayıb. Daha sonra xüsusi təntənə ilə səhnəyə dəvət olunan Tünzalə qonaqlarla birlikdə canlı olaraq " Bəhanə Gəzirəm" adlanan son xitlərindən birini ifa edib. O layihəyə görə təşkilatçılara təşəkkür edib filmlə bağlı bunları söyləyib " Aqata Kristi məni uşaqlıq xatirələrimə aparır. Xatırlayıram uşaqlıqda anam məcbur edirdi məni onun əsərlərini oxuyum. Bu gün isə biz şanslıyıq çünki dünya premierasından 3 gün öncə gənclərimizlə filmi izləyəcəyik"
Qeyd edəkki filmdə Kennet Brana, Mişel Pfayfer, Djonni Dep, Djudi Dench,Penelopa Krus və başqa məhşur ulduzlar rol alıblar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 
 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !