Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı: tarixilik və müasirlik - - dərs vəsaiti çap edilmişdir

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı: tarixilik və müasirlik” - dərs vəsaiti çap edilmişdir

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Turizm və Menecment Universitetinin, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Flora Ələsgərovanın həmmüəlliflikləri ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı: tarixilik və müasirlik” adlı dərs vəsaiti çap edilmişdir. Əsərdə muxtar respublikanın ümummilli liderimiz böyük Heydər Əliyev ideyalarından bəhrələnməklə yüksəldiyi hərtərəfli nailiyyətlər öz əksini tapmışdır. Həmin baza əsasında təmin edilən inkişaf elmi cəhətdən əsaslandırılmış, təhlil edilmiş, müasir vəziyyət qiymətləndirilmişdir. Statistik rəqəmlərin əsasında şəkillər, qrafiklər, cədvəllər tərtib edilmişdir.
Dərs vəsaiti 4 fəsildən, hər fəsil isə üç paraqrafdan ibarət olmaqla, 184 səhifə həcmindədir. Ölkəmizin başçısı cənab İlham Əliyevin bütün dünya miqyasında dəstəklənən, nümunə olan təşəbbüsləri, eyni zamanda milli iqtisadiyyatın gələcək perspektivləri üzrə müəyyən etdiyi prioritetlər, eləcə də bundan irəli gələn məqsədlər və vəzifələr əsərin tamamlanmasında güclü baza olmuşdur. Bununla yanaşı, muxtar respublikada bu istiqamətdə həyata keçrilən məqsədyönlü tədbirlər, sosial dayanıqlığa xidmət edəcək istiqamətlərin səmərəli fəaliyyətinin təşkili və idarə olunması sahəsindəki uğurlu nəticələr əsas götürülmüşdür.
Burada həmçinin, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasında milli liderimizin uzaqgörən siyasi fəaliyyəti ilə başladılan və yeni, bazar iqtisadi sisteminin güclü dayaqları kimi çıxış edəcək islahatların sosial-iqtisadi və tarixi əhəmiyyətindən söz açılmış, 1995-ci ildən bu ideyalar əsasında başladılan nəhəng iqtisadi inkişafdan bəhs edilmiş, ölkəmizin makoriqtisadi hədəf və prioritetlərinin gerçəkləşdirilməsində muxtar respublikanın verdiyi töhfələrdən ətraflı qeyd edilmişdir. Sosial sferanın nailiyyətləri, maddi və qeyri-maddi sahələrdəki üstünlüklər, o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdəki perspektivlər, kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və s. sahələrdəki yeniliklər öz əksini tapmışdır.
Dərs vəsaitində insan potensialının inkişafı, əmək ehtiyatlarından səmərəli istifadə məsələlərinin elmi əsaslandırılması, məşğulluq, işsizlik anlayışlarının yeni inkişaf səviyyəsinə uyğunlaşdırılmaqla verilməsi, eyni zamanda muxtar respublikada onların mövcud vəziyyətinin təhlili verilmişdir. Prioritetlərə xidmət edəcək turizm perspektivləri, xarici ticarətin stimullaşdırılması, ixracyönlü məhsullar istehsalı sahəsindəki təşəbbüslərin dəstəklənməsi, idxalın məhdulaşdırılması məsələlərinə yer verilmişdir. Həmçinin sosial-iqtisadi həyatın bütün sahələrində həyata keçirilən fəaliyyətin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tələblərindən ibarət məqsəd və vəzifələrə uyğunlaşdırılmasının zəruriliyi vurğulanmışdır.
Dərs vəsaiti uyğun ali məktəblərdə müvafiq mövzular üzrə fənlərin tədrisində istifadə edilə bilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !